“Hizbullah” yalnız bu halda Fələstin-İsrail münaqişəsinə daxil olacaqbackend

“Hizbullah” yalnız bu halda Fələstin-İsrail münaqişəsinə daxil olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Livan “Hizbullah” hərəkatı HƏMAS yaraqlıları məhv edilərsə və ya çıxılmaz vəziyyətə düşərsə, Fələstin-İsrail münaqişəsinə girəcək.

Editor.az bildirir ki, bunu adını açıqlamayan İsrail rəsmisi “New York Times”a (NYT) deyib. Diplomat qeyd edib ki, “Hizbullah” eskalasiyanın qarşısını almaq üçün İsrail ərazisinə hücumların gücünü məhdudlaşdırır. Diplomatın sözlərinə görə, Livan hərəkatının üzvləri əmindirlər ki, HƏMAS “yaxşı vəziyyətdədir” və köməyə ehtiyac yoxdur.

Oktyabrın 29-da “The Washington Post” rəsmilərə istinadən yazıb ki, Livan hökuməti “Hizbullah”ın İsraillə HƏMAS arasında müharibədə iştirakına qarşıdır. Mənbələrin məlumatına görə, hökumət bu məsələ ilə bağlı “Hizbullah” liderləri ilə danışıqlar aparır.

HƏMAS və İsrail ordusu arasında döyüşlərin başlamasından sonra “Hizbullah” İsrailin şimalını atəşə tutmağa başlayıb və SAXAL cavab zərbələri endirib. Oktyabr ayında Livan hərəkatının yaraqlıları İsrailin bir neçə hərbi obyektinə hücum ediblər. İsrailin cavab hücumlarından sonra Livanın sərhəd bölgələrinin sakinləri evlərini tərk etməyə başlayıblar.

//Samir Qurbanov, Editor.az