Türkiyənin daxili işlər naziri Əli Yerlikaya hökumət dəyişikliyindən sonra 25 mindən çox suriyalı qaçqının ölkəni tərk edərək Suriyaya qayıtdığını bildirib.
2011-ci ildən bəri Suriyadan olan 3 milyona yaxın qaçqın Türkiyədə yaşayır. “Son məlumatlara görə, Türkiyədə qanuni olaraq olan 4,1 milyon əcnəbidən 2 milyon 920 mini suriyalıdır”, – deyə Əli Yerlikaya “Anadolu” Agentliyinə bildirib.
Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyə rəsmilərinin “suriyalıların təhlükəsiz və könüllü qayıtması və Suriyanın bərpası üçün səylərini davam etdirəcəyini” deyib. Bu məqsədlər üçün Ankara dekabrın 12-də Suriya ilə sərhəddə 2013-cü ildən bağlı olan Yayladağı sərhəd-keçid məntəqəsini açıb.
//Samir Qurbanov, Editor.az