Hökumət əleyhinə etirazlar zamanı 91 polis əməkdaşı yaralanıbbackend

Hökumət əleyhinə etirazlar zamanı 91 polis əməkdaşı yaralanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Boliviyada hökumət əleyhinə etirazlar zamanı 91 polis əməkdaşı yaralanıb.

Editor.az bildirir ki, bu barədə Boliviya Daxili İşlər Nazirliyinin rəhbəri Eduardo del Kastillo bildirib. Oktyabrın ortalarından keçmiş prezident Evo Moralesin tərəfdarları hazırkı dövlət başçısı Lui Arsenin istefasını tələb edərək əsas magistralları bağlayıblar. Yerli “Eldeber” nəşrinə görə, yolların açılması üçün keçirilən bir əməliyyat nəticəsində 44 hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb.

Nazir polisin və hərbçilərin etirazçıları dağıtmaq üçün işini uğurlu adlandırıb. Çünki magistral yolların hissələri “ölümsüz” və odlu silahdan istifadə olunmadan təmizlənib.
Noyabrın 1-dən Boliviya polisi ölkə daxilində magistral yolların bağlanması əməliyyatlarında iştirak edən asayiş keşikçilərinin sayını 2 minə çatdırıb. Evo Morales tərəfdarları 21 gündür ki, onların qarşısını kəsərək, prezident Luis Arsenin istefasını və eks-prezidentə qarşı cinayət işinə xitam verilməsini tələb edirlər. Ən çox etirazçı Parotanidə qeydə alınıb – RN-4 milli avtomobil yolu Boliviyadan qərbdən şərqə keçərək şəhərdən keçir.

Polis əməliyyatları magistral yolları açmağa başladıqdan sonra etirazçılar tüstü bombalarından istifadə etməyə, yolları daş və torpaqla doldurmağa başlayıblar. Parotanidə Daxili İşlər Nazirliyinin əməliyyatını dayandırmağı tələb edən Evo Morales tərəfdarları 3 hərbi bazanı ələ keçirib və hərbçiləri girov götürüblər. Noyabrın 3-də hərbi bazalar etirazçılardan təmizlənib.

//Samir Qurbanov, Editor.az