Hollandiya, Almaniya və Polşa “hərbi Şengen” dəhlizi yaratdılarbackend

Hollandiya, Almaniya və Polşa “hərbi Şengen” dəhlizi yaratdılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hollandiya Almaniya və Polşa ilə hərbi dəhliz yaratmaq planlarına dair bəyannamə imzalayıb.

Editor.az bildirir ki, bu barədə Niderlandın Müdafiə Nazirliyinin rəhbəri Kaysa Ollonqren X sosial şəbəkəsində məlumat verib. “Hərbi personalı və texnikanı daha sürətli və səmərəli şəkildə daşımaq üçün bizə “hərbi Şengen” lazımdır.

Bu, Avropanı daha güclü edəcək. Biz mühüm addım atdıq: Polşa, Almaniya və Hollandiya hərbi dəhlizin yaradılması haqqında bəyannamə imzaladılar”, – deyə xanım Ollonqren yazıb. Müqavilə çərçivəsində, xüsusilə, sənədləşmə işlərinin azaldılması və hərbi hərəkətlər üçün şərtlərin standartlaşdırılması nəzərdə tutulur. Sərhədi keçmə prosedurlarının sadələşdirilməsi və hərbi karvanlar üçün qaydaların sayının azaldılması da nəzərdən keçirilir.

//Samir Qurbanov, Editor.az