Hollandiya İran səfirini bir ayda üçüncü dəfə Xarici İşlər Nazirliyinə çağırıbbackend

Hollandiya İran səfirini bir ayda üçüncü dəfə Xarici İşlər Nazirliyinə çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hollandiya İranın Haaqadakı səfirini bir ay ərzində üçüncü dəfə Xarici İşlər Nazirliyinə çağırıb.

Editor.az Hollandiya mətbuatına istinadla xəbər verir ki, səfir İranda Britaniya adına casusluq ittihamı ilə edam cəzasına məhkum edilmiş keçmiş İran-İngiltərə ikili vətəndaşı Əli Rza Əkbərinin ötən həftə sonu edam edilməsi ilə əlaqədar çağırılıb.

Qeyd edək ki, Hollandiya İranın Haaqadakı səfirini etirazlar və bununla bağlı edamlarla bağlı dekabrın sonu və yanvarın 7-də Xarici İşlər Nazirliyinə çağırmışdı.

Xatırladaq ki, İranda Britaniya adına casusluq ittihamı ilə edama məhkum edilən keçmiş müdafiə nazirinin müavini Əkbəri iki gün əvvəl edam edilib.

//Gülnarə Abasova, Editor.az