Hollandiya Ukraynaya mina əleyhinə hərbi gəmi təhvil veribbackend

Hollandiya Ukraynaya mina əleyhinə hərbi gəmi təhvil verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hollandiya Ukraynaya “Alkmaar” sinfinə aid mina əleyhinə hərbi gəmi təhvil verib.

Editor.az xəbər verir ki, məlumatı Ukraynanın “NV” telekanalı yayıb. Telekanal bu barədə Rusiyanın “terrorçular və ekstremistlər” siyahısında yer alan Ukrayna Hərbi Dəniz Qüvvələrinin komandanı Oleksiy Neyjpapaya istinadən məlumat verib.

Neyjpapa bildirib:

“Biz bu yaxınlarda tərəfdaşlarımızdan ‘Alkmaar’ sinfinə aid mina əleyhinə gəmi aldıq. İlin sonuna qədər digər gəminin də təhvil veriləcəyini gözləyirik. Hazırda ekipajın hazırlıq prosesi davam edir”.

Qeyd edək ki, 2023-cü ildə Ukraynanın o zamankı müdafiə naziri Oleksiy Reznikov Hollandiyanın Ukraynaya iki ədəd minaaxtaran gəmi göndərəcəyini açıqlamışdı.

“Alkmaar” sinfinə aid mina əleyhinə gəmilər Belçika, Fransa və Hollandiya tərəfindən birgə proqram çərçivəsində inşa edilib.

// Gülnarə Abasova, Editor.az