Hollandiya Ukraynaya Rusiya ərazisi üzərində F-16 qırıcılarından istifadə etməyi qadağan etmir, lakin mülki hədəfləri vurmağa icazə verilmir.
Editor.az bildirir ki, bunu müdafiə naziri Ruben Brekelmans bildirib. Onun sözlərinə görə, Kiyev müharibə qanunlarına əməl etməlidir. “Ukrayna qətiliklə bunu etməməlidir (mülki hədəfləri vurmağı).
Bu, bizim qoyduğumuz şərtdir”, – deyə Brekelmans NOS telekanalına bildirib. “Məsələn, əgər Rusiyadan raket buraxılarsa, onlar da F-16 qırıcılarının köməyi ilə Rusiya üzərindən onun qarşısını ala biləcəklər”, – nazir izah edib. Hollandiya silahlı qüvvələrinin komandanı Onno Eichelsheim daha əvvəl bildirmişdi ki, krallıq Ukraynanın F-16 qırıcılarından istifadəsinə heç bir məhdudiyyət qoymayıb. O, Rusiya ərazisi üzərində təyyarələrdən istifadənin mümkünlüyünü belə şərh edib.
//Samir Qurbanov, Editor.az