Hollandiya və Belçika Rusiya diplomatlarını ölkələrindən qovurbackend

Hollandiya və Belçika Rusiya diplomatlarını ölkələrindən qovur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hollandiya hakimiyyəti Rusiya Federasiyası səfirliyinin 17, Belçika isə 21 rusiyalı diplomatı ölkələrindən çıxarır.

Bu barədə Editor.az Ukrayna mənbələrinə istinadən məlumat verir.

Niderlandın xarici işlər naziri Vopke Hoekstra “Twitter” səhifəsində qeyd edib ki, “Hollandiya diplomatik pərdə altında ölkədəki Rusiya nümayəndəlikləri ilə əlaqəli 17 rus kəşfiyyatçısını ölkədən çıxaracaq. Onlar ölkənin milli təhlükəsizliyinə təhdid yaradırlar”.

Belçika hökuməti də 21 rusiyalı diplomatı ölkədən çıxarır. Maraqlıdır ki, onlar da casusluqda şübhəli bilinirlər. Rusiya səfirliyinin əməkdaşlarına ölkəni tərk etmək üçün iki həftə vaxt verilib. Xatırladaq ki, rus diplomatlarının adları tez-tez casus qalmaqallarında hallanır.

Editor.az