Hollandiya və Litva baş nazirləri Kiyevdə rəsmi səfərdədirbackend

Hollandiya və Litva baş nazirləri Kiyevdə rəsmi səfərdədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kiyevə Hollandiya baş naziri Dik Şof və Litva baş naziri İnqa Ruqiniene gəlib.

Editor.az bu barədə RT-yə istinadla xəbər verib.

Ruqiniene bu il sentyabrın 25-də vəzifəsinin icrasına başlayıb və səfər onun yeni vəzifəsindəki ilk rəsmi səfəridir. O, sosial şəbəkədə yazıb: “İlk səfərimi azad və sarsılmaz Ukraynadan daha çox keçirəcəyim yer yoxdur”.

Həmçinin, Ruqiniene Kiyevdə ukraynalı həmkarı Yuliya Sviridenko tərəfindən qarşılanıb.

Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermak səfər barədə bildirib:

“Bu gün Ukraynanın xarici işlər nazirinin müavini Yevhen Perebyinis ilə birlikdə Hollandiyanın baş nazirini Kiyevdə qəbul etdik. Biz bu səfəri səbirsizliklə gözləyirdik. Müzakirə edəcəyimiz əsas mövzular müharibə, təhlükəsizlik, ədalət, Ukraynanın Avropaya inteqrasiyası və NATO-nun Rusiyanın təxribatları qarşısında dayanıqlılığıdır”.

Qeyd edək ki, oktyabrın 3-də Ukrayna prezidenti Volodimir Zelenski Konqo Demokratik Respublikasının prezidenti Feliks Tşisekedi ilə görüşərək onu Kiyevə dəvət edib. Hər iki ölkə lideri müdafiə sektorunda əməkdaşlığın genişləndirilməsinə dair razılığa gəlib.

// Gülnarə Abasova, Editor.az