Hollandiyada “McDonalds”da iki türk əsilli şəxs öldürülübbackend

Hollandiyada “McDonalds”da iki türk əsilli şəxs öldürülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hollandiyanın Zvolle şəhərində əksəriyyəti uşaqlardan ibarət 100-ə yaxın adamın olduğu “McDonalds” restoranında atışma olub.

Editor.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, hadisə zamanı türk əsilli iki nəfər həyatını itirib. Bildirilir ki, ölən şəxslər qardaş olublar. Hadisə zamanı vəfat edən 57 yaşlı Hüseyn Torunlar Hollandiyada fəaliyyət göstərən media qurumlarından birinin əməkdaşı olub.

Hollandiya mətbuatının verdiyi məlumata görə, hadisədə şübhəli bilinən şəxs Deventer şəhərində polisə özü təslim olub. Cinayət hadisəsinin hansı səbəbdən baş verməsi hələ ki məlum deyil.

//Editor.az