Hollandiyada Qurani-Kərimə qarşı iyrənc hücumbackend

Hollandiyada Qurani-Kərimə qarşı iyrənc hücum

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qərbin İslama qarşı düşmənçiliyi bitmir. Bu dəfə Hollandiyada irqçi Qərbin İslamlaşmasına Qarşı Vətənpərvər Avropalılar (PEGIDA) hərəkatının lideri Edvin Vaqensveld Haaqada keçirdiyi aksiyada Quranı cırıb. Editor.az xəbər verir ki, Haaqa şəhərində təkbaşına təşkil etdiyi aksiyada Quranı cıran Vaqensveldə polis müdaxilə etməyib.

O dünən yerli vaxtla saat 14.00-da paytaxt Haaqada parlament binası qarşısında Qurani-Kərimi cırarkən şəklini Twitter hesabında paylaşıb. Vaqensveldin tək başına keçirdiyi nümayiş polisin himayəsi altında baş tutub. Daha sonra irqçi cırdığı Quran səhifələrini başqa yerdə tavada yandırıb.

//Samir Qurbanov, Editor.az