Hollandiya Rusiyanın 392 milyon avro dəyərində aktivlərini və əməliyyatlarını dondurub.
Editor.az “European Pravda”ya istinadən xəbər verir ki, Hollandiya banklarından, sığortaçılardan, digər maliyyə və trast qurumlarından “dondurma” ilə bağlı ümumilikdə 188 hesabat daxil olub.
Hollandiya hökümətinin qərarına əsasən, bu ölkənin müvafi bank və müəssisələri adı sanskiyalar siyahısına düşmüş Rusiyaya aid olan hesbaları dərhal dondurmalıdır: “Əks halda iqtisadi cinayət törətmiş hesab olunurlar”
Ötən həftə Hollandiya mərkəzi bankı DNB-nin prezidenti Klaas Knot ölkəsində Rusiya mənşəli təxminən 200 milyon avronun dondurulduğunu bildirib.
Fransa Ukraynada müharibə başlayandan sonra rus oliqarxlarının 850 milyon avroya yaxın aktivlərini bloklayıb.
Polşanın baş naziri Mateuş Moravetski isə müxalifətlə ölkədəki Rusiya əmlakının müsadirə edilməsi məsələsini müzakirə etmək niyyətindədir.
//Fərrux, Editor.az

