Hollandiyadan Husi əməliyyatına “böyük” dəstək: 1 zabit göndəriləcəkbackend

Hollandiyadan Husi əməliyyatına “böyük” dəstək: 1 zabit göndəriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hollandiya ABŞ-ın husilərə qarşı əməliyyatını dəstəklədiyini açıqlayıb və əməliyyata bir zabit göndərib.

Editor.az xəbər verir ki, bu barədə Hollandiyanın xarici işlər naziri Hanke Bruins Slot məlumat verib.

“Hollandiya bu həssas hücumları dəstəkləyir və əməliyyatda iştirak etmək üçün bir qərargah zabitini göndərir”,- deyə o paylaşımında bildirib.

Baş nazir Mark Rutte də Hollandiyanın ABŞ və Böyük Britaniyanın Yəməndə husilərə qarşı əməliyyatını dəstəklədiyini və hərəkətlərin özünümüdafiə hüququna əsaslandığını və əməliyyatın naviqasiya azadlığını qorumaq məqsədi daşıdığına inandığını bildirib.

//Gülnarə Abasova, Editor.az