Hollandiya tanınmamış Dnestryanı Rusiya işğalı altında olan ərazi hesab edir.
Editor.az bildirir ki, bunu Holandiyanın baş naziri Mark Rutte Moldovada keçirilən Avropa Siyasi Birliyinin sammitinin əvvəlində media ilə ünsiyyətdə bildirib. Rutte qeyd edib ki, liderlər bir çox vəhşiliklərin baş verdiyi Ukraynaya çox yaxın olan Moldovada sammitə gəliblər.
“Əslində Moldova da qismən Rusiya tərəfindən işğal olunub. Və bizi – 40-dan çox ölkənin liderləri bu ölkəni dəstəkləyəcəyik, Rusiyanın təcavüzünə qarşı mübarizədə Ukraynanın yanında olacağıq”, – Niderlandın baş naziri bildirib. Mark Rutte deyib ki, hərbi yardım, o cümlədən Ukraynanın sahib olduğu “Patriot” hava hücumundan müdafiə sistemlərinin sayının artırılması gündəmdə mühüm məsələ olacaq.
//Samir Qurbanov,Editor.az