Hollivud əfsanəsi vəfat etdibackend

Hollivud əfsanəsi vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hollivud əfsanəsi, aktyor Kristofer Plammer 91 yaşında dünyasını dəyişib.
Editor.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə “Deadline” nəşri aktyorun ailəsinə istinadən xəbər verib.

O, cümə günü Konnektikut ştatındakı (ABŞ) evində dünyasını dəyişib. Mərhumun ölüm səbəbi açıqlanmır.

Plammer 100-dən çox filmə çəkilib. Aktyor daha çox “Musiqi sədaları” filmindəki kapitan fon Trapp rolu ilə məşhurdur. 2012-ci ildə o, “Yeni başlayanlar” filmindəki ikinci plan roluna görə “Oskar” mükafatına layiq görülüb, 2018-ci ildə isə “Dünyanın bütün pulları” adlı ekran işindəki roluna görə sözügedən mükafata namizəd olub. O, həmçinin “BAFTA”, “Qızıl qlobus” və “Emmi”yə layiq görülüb.