Holzmann: “Bu il 2 və ya 3 dəfə faiz artımı daha məqsədəuyğun olardı”backend

Holzmann: “Bu il 2 və ya 3 dəfə faiz artımı daha məqsədəuyğun olardı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İnflyasiya ilə mübarizə aparmaq üçün AMB-nin bu il iki və ya üç dəfə faiz artırması məqsədəuyğun olardı”.

Editor.az “sabah” qəzetinə istinadən xəbər verir ki, bu fikirləri Avropa Mərkəzi Bankının (AMB) üzvü və Avstriya Mərkəzi Bankının sədri Robert Holzmann “Salzburg Nachrichten” qəzetinə açıqlamasında deyib.

“Düşünürəm ki, uçot dərəcəsini ən azı iki-üç dəfə artırmaq məqsədəuyğun olardı. Bunlar hər biri 25 baza balından ibarət kiçik addımlar ola bilər. Bu faiz artımları dekabr ayına qədər edilsə, hazırda yüzdə 0,50 olan depozit faizləri 2023-cü ildə müsbət zonada olacaq. Bu artımlar edilsə belə, faiz dərəcəsi yenə də neytral nisbətdən kifayət qədər uzaq olacaq. Hələ qarşımızda çox uzun yol var, amma ictimaiyyətə müsbət siqnallar veriləcək”.

Holzmann həmçinin AMB-nın hərəkətə keçməyi üçün çox gec olmadığını da bildirib.

//Nəzərbəy, Editor.az