“Hörmətsiz aktyorlar, başınızın çarəsinə baxın”backend

“Hörmətsiz aktyorlar, başınızın çarəsinə baxın”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aktyor Kamran Ağabalayev də Xalq artisti Ramiz Novruzla vida mərasiminin çalışdığı Akademik Milli Dram Teatrında keçirilməməsini tənqid edib.

Editor.az axşam.az-a istinadən xəbər verir ki,aktyor bununla bağlı paylaşım edib.

“Ramiz Novruza əgər “Səni dünyalar qədər sevirdim” deyib, son mənzilə yola salmadısa Akademik Milli Dram Teatrı, Mədəniyyət Nazirliyi bu, o deməkdir ki, hörmətsiz aktyor və aktrisalar, başınızın çarəsinə baxın. Yəni, Xalq artistinə, xalqın artistinə, Prezident təqaüdçüsünə göstərilən münasibətdir bu… İndi özünüz fikirləşin… Çox heyf, əlimizi ürəyimizə qoyub, rahat şəkildə xalqın artisti dediyimiz biri idi Ramiz bəy” deyə, Kamran əlavə edib.

Qeyd edək ki, Xalq artisti Əli Nur, Əməkdar artist Sevinc Əliyeva da Ramiz Novruza teatrda vida mərasimi keçirilməməsini tənqid edib.