“İran düşmən gəmiləri istisna olmaqla, bütün gəmilərin Hörmüz boğazından keçməsinə icazə verib”.
Bu barədə İranın “Əl-Aləm” kanalı bildirib.
“İranın irəli sürdüyü yeganə şərt boğazdan keçən bütün gəmi keçidlərinin İslam Respublikası hakimiyyəti ilə əlaqələndirilməsi idi”, – deyə qeyd olunub.
Beynəlxalq Enerji Agentliyinin (BEA) xəritəsinə görə, ABŞ – İsrail hərbi əməliyyatının başlamasından bəri Hörmüz boğazından gəmilərin hərəkəti səkkiz dəfə azalıb.
!yanvar – 27 fevral tarixləri arasında Hörmüz boğazından gündə orta hesabla 84 gəmi keçdiyi halda, indi bu rəqəm cəmi 10-a düşüb.
Gündəlik yük daşınması orta hesabla 3,4 milyon tondan 342.000 tona enib. Yükün əksəriyyətini enerji məhsulları təşkil edir. Quru yüklər təxminən 16%-ni, konteynerlər isə 13%-dir.
ABŞ və İsrailin fevral ayının sonlarında İrana qarşı hərbi əməliyyatının başlamasından bəri Hörmüz boğazı faktiki olaraq gəmiçilik üçün bağlanıb.
Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazını açmaq üçün İrana 48 saat vaxt verdiyini açıqlamışdı. Əks təqdirdə ölkənin iri elektrik stansiyalarını məhv etməklə hədələmişdi.
Globalinfo.az

