Hörmüz boğazı sammiti: “İrana qarşı mümkün sanksiyalar nəzərdən keçiriləcək”backend

Hörmüz boğazı sammiti: “İrana qarşı mümkün sanksiyalar nəzərdən keçiriləcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniya Hörmüz boğazının yenidən açılması məsələsini müzakirə etmək üçün 40-dan çox ölkənin iştirakı ilə keçirilən toplantıya ev sahibliyi edib.

Editor.az xəbər verir ki, xarici işlər nazirlərinin görüşündən sonra yayılan bəyanata əsasən, İrana qarşı mümkün sanksiyalar nəzərdən keçiriləcək. Böyük Britaniya Xarici İşlər Nazirliyi tərəfindən yayılan açıqlamada deyilir:

“Birgə və koordinasiyalı fəaliyyətin bir çox mümkün istiqamətlərini müzakirə etdik. Əgər boğaz bağlı qalmaqda davam edərsə, İrana təzyiq göstərmək üçün sanksiyalar kimi koordinasiyalı iqtisadi və siyasi tədbirləri araşdıracağıq”.

Bəyanatda həmçinin qeyd olunub ki, koalisiya İrana qarşı diplomatik təzyiqi artıracaq. Bu çərçivədə Birləşmiş Millətlər Təşkilatı və Beynəlxalq Dəniz Təşkilatı vasitəsilə Fars körfəzində qalmış gəmilərə yardım göstəriləcək.

Bundan əlavə, koalisiya dəniz daşımaları bazarının sabit fəaliyyətini təmin etmək məqsədilə dəniz nəqliyyatı operatorları ilə əməkdaşlığı genişləndirməyi planlaşdırır.

Açıqlamada vurğulanıb: “Tərəfdaşlar bu gün boğazın dərhal və qeyd-şərtsiz şəkildə yenidən açılmasına, həmçinin gəmiçilik azadlığının əsas prinsiplərinə və dəniz hüququna hörmət edilməsinə çağırış ediblər”.

Keir Starmer bildirib ki, koalisiya ilk növbədə gəmiçilik azadlığını bərpa etmək üçün mümkün olan bütün diplomatik və siyasi tədbirləri qiymətləndirəcək.

Baş nazir əlavə edib ki, müzakirələrdən sonra münaqişə başa çatdıqdan sonra boğazın təhlükəsizliyinin təmin olunması üçün mümkün addımları nəzərdən keçirmək məqsədilə hərbi strateqlərin də bir araya gəlməsi istisna edilmir.

//Gülnarə Abasova, Editor.az