Hörmüzdə ABŞ-İran GƏRGİNLİYİ – ATƏŞ AÇILDIbackend

Hörmüzdə ABŞ-İran GƏRGİNLİYİ – ATƏŞ AÇILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ İran İnqilab Keşikçiləri Donanmasına aid 13 gəminin Hörmüz boğazında seyr halında olan Amerika hərbi gəmilərinə 130 metr yaxınlaşaraq təzyiq göstərib və bunun qarşılığında ABŞ tərəfindən xəbərdarlıq atəşi açılıb.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi açıqlama verib.
Mətbuat konfransında danışan Pentaqon sözçüsü bildirib ki, İran İnqilab Keşikçiləri Donanmasına aid çox gəmi təhlükəli və qeyri-peşəkar manevrlər edib: “İran tərəfi beynəlxalq hüquqa görə tələb olunan həssaslığı Hörmüz boğazından keçən ABŞ dəniz gəmilərinə qarşı nümayiş etdirmədi. Hadisə bölgədəki raket kruizi “USS Montenery” gəmisi də daxil olmaqla 6 ABŞ gəmisinin “USS Georgia” sualtı gəmisini müşayiət edərkən baş verib”.

Kirbi lazımi xəbərdarlıqlardan sonra sahil təhlükəsizlik gəmisi “USCG Cutter Maui”nin 50 kalibrli pulemyotu ilə 30 xəbərdarlıq atəşi açıldığını və 2-ci atışdan sonra İran gəmiləri ilə təmasların kəsildiyini söyləyib.

İran İnqilab Keşikçiləri Ordusunun verdiyi açıqlamada isə ABŞ gəmisindən edilən atəş “təxribat” olaraq xarakterizə edilib.

Bu hadisənin ABŞ 5-ci Donanmasının minlərlə Çin və Rusiya silahları və ağır sursatları ilə dolu bir gəmini ələ keçirməsindən sonra baş verdiyi diqqət çəkib.

C.Kirbi “USS Montenery” raket kruizinin və onu müşayiət edən sahil mühafizə gəmisinin həftəsonu patrul missiyası əsnasında minlərlə silah, sui-qəsd silahları, “RPG” atıcıları, Rusiya istehsalı olan tank əleyhinə raketlərlə dolu bir gəmini ələ keçirdiyini bildirib. Bununla birlikdə sözçü, gəmidəki istintaqın davam etdiyini və İran gəmilərinin ABŞ gəmilərinə qarşı təcavüzünün bu əməliyyatla birbaşa əlaqəli olub-olmadığını söyləməyib.

Xatırladaq ki, İran gəmiləri aprelin 26-da körfəzdəki ABŞ gəmilərinə təzyiq göstərmişdi.