“Hörümçək toru” əməliyyatı Rusiyanı necə silkələdi?backend

“Hörümçək toru” əməliyyatı Rusiyanı necə silkələdi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İyunun 1-də baş verənlər, sadəcə, pilotsuz uçuş aparatlarının növbəti hücumu deyildi. Bu, müharibənin axarını dəyişə biləcək səviyyədə planlaşdırılmış, strateji cəhətdən kompleks bir əməliyyat idi. Söhbət Ukrayna Təhlükəsizlik Xidmətinin 18 aylıq hazırlıqdan sonra həyata keçirdiyi “Hörümçək toru” əməliyyatından gedir”.

Bunu aparıcı Fərdin İsazadə “Hərbi xronika” “Hərbi xronika”nın növbəti buraxılışında bildirib.

Onun sözlərinə görə, həm məqsədi, həm coğrafiyası, həm də texnoloji səviyyəsi ilə sözügedən hücum hazırda beynəlxalq hərbi analitiklərin diqqət mərkəzindədir.

“Hədəf bu dəfə cəbhə xətti yox, Rusiyanın dərin hərbi infrastrukturu oldu.

Murmansk, İrkutsk və Amur vilayətlərindəki bazalara – yəni Ukrayna sərhədindən təqribən 4 min kilometr uzaqlıqda yerləşən ərazilərə zərbələr endirildi.

Məqsədyönlü şəkildə “Tu-95” və “Tu-22M3” bombardmançıları, həmçinin “A-50″ radar təyyarələri vurulanlar arasındadır. Əməliyyatın ən təsirli tərəflərindən biri isə texnologiyasıdır. İstifadə olunan dronlar tamamilə avtonom idi: nə operator, nə uzaqdan idarəetmə, nə də canlı rabitə tələb olunurdu”, – müəllif əlavə edib.

Daha ətraflı Baku TV-nin videomaterialında: