İranın xarici işlər naziri bu ayın sonuna qədər Pakistana səfər etməyi planlaşdırır.
Editor.az bildirir ki, bu barədə İran mətbuatı yazır. Onların sözlərinə görə, Hossein Amir Abdollahian-ın İslamabada səfəri yanvarın 29-da planlaşdırılır. İran XİN rəhbərinin qarşıdakı səfərinin təfərrüatları hələlik açıqlanmır.
Xatırladaq ki, ötən həftə İran və Pakistan arasında münasibətlər İran hərbçilərinin Pakistan ərazisində yerləşən yaraqlılarının bazasına həyata keçirdiyi hücumlar səbəbindən pisləşib.
Bir neçə gün sonra Pakistan İrandakı terrorçuların sığınacaqlarına hücum edərək cavab verib.
//Samir Qurbanov, Editor.az

