Hosteldə ölən Ləmanın tanışı danışdı: “O videodan sonra…”- VİDEObackend

Hosteldə ölən Ləmanın tanışı danışdı: “O videodan sonra…”- VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dəm qazından boğularaq ölən “Totu” ləqəbli Dadaşova Ləman Əhməd qızının tanışı ARB kanalında yayımlanan “Elgizlə izlə” verilişində qonaq olub.

 

Editor.az xəbər verir ki, verilişin aparıcısı Elgiz Əkbər Əli adlı gəncə Ləmanla bağlı suallar ünvanlayıb.

 

Əli isə Ləmanı yaxından tanımadığını və onunla sonuncu dəfə 1-2 ay əvvəl gördüyünü görüb:

 

“Mən onun rəfiqəsini də heç tanımıram. O qızı cəmi 3 gün görmüşəm. Necə öldüyü ilə bağlı isə heç bir məlumatım yoxdur. Mən onunla bir ay yarım öncə video paylaşmışam. O videodan sonra isə onunla əlaqəm olmayıb. Mənə onun həyatı maraqlı deyil”.

 

Verilişin digər qonaqları Əlini sual atəşinə tutub və ona videolara görə iradlar bildiriblər.