Hücum başladı: İranla bağlı plan məlum oldu – Dörd yerə bölünəcəkbackend

Hücum başladı: İranla bağlı plan məlum oldu Dörd yerə bölünəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaxın Şərqdəki son gəlişmələr İranı müdafiəsiz vəziyyətdə qoya bilər. Ölkəni çətin günlər gözləyir.

 

Editor.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu türkiyəli analitik Əray Güçlüər deyib.

“İran bildirir ki, İordaniyada ABŞ bazasına mən hücum etməmişəm, bunu mənim nəzarətim xaricində olan qüvvələr edə bilər. Amerika da deyir ki, arxasında İran var, İran bunu edən qruplaşmalara silah verir. ABŞ birbaşa İranı ittiham etmir, İran da birbaşa “mən etdim” demir. Yəni bir-birlərinə qarşı məsafəli dururlar. Bir sözlə, dəvələr bir-birlərinə şıllaq atır, çəmənlik əzilir. Nəticədə Suriyada İrana bağlı qruplaşmaların adları çəkilir.

Məsələ o qədər də sadə deyil. İran hazırda öz təhlükəsizliyini kənardakı silahlı qruplaşmalara bağlayıb. Bu boyda dövlət təhlükəsizliyini zaman-zaman sözə baxmayan, söz anlamayan, özbaşına hərəkət edə bilən, hərbi nizamdan uzaq paramilitar qruplaşmalara bağlayırsa, İran ordusu zəifləyəcək.

Zatən, İran ordusu zəifdir, hazırda bölgədə ən zəif ordulardan biridir. İran üçün həm iqtisadi, həm hərbi, həm də siyasi baxımdan olduqca həssas durumdur. Amerika da bunu bilir və bundan istifadə edəcək”, – analitik vurğulayıb.

Güçlüər hesab etmir ki, ABŞ İrana qarşı yumşaq xətt tutub. O, ABŞ Prezidenti Co Bayden və digər rəsmilərin İranla bağlı ehtiyatlı açıqlamalar verdiyi iddiasını da qəbul etmir.

Ekspertin fikrincə, Yaxın Şərqdəki proksi qüvvələrinin yox edilməsi İrana baha başa gələcək:

“ABŞ bölgədəki proksi qüvvələrini yox etməklə İrana ağır zərbə vurmağa başlayıb. Əgər sən öz dövlətinin təhlükəsizliyini orduna yox, kənardakı paramilitar qüvvələrə bağlayırsansa və həmin qüvvələr vurulursa, sənin daxilində təhlükəsizliklə bağlı problemlər yaranacaq. ABŞ də bunu edir və etməyə davam edəcək. ABŞ bunu bilir və İranı dolaşıqlığın içinə soxub.

Yavaş-yavaş İranın milli təhlükəsizliyində ciddi problemləri üzə çıxır. İran ordusunun tankları ölkəni qorumaq üçün yetərli deyil, təyyarə və digər texnologiyaları olduqca köhnədir. Bu boşluğu raketlərlə doldurmağa çalışırlar, amma bunu hara qədər edəcəksiniz?! Ölkəni sadəcə raketlərlə müdafiə etmək mümkün deyil.

İran ötən illərdə daxili hərbi gücünü artıra bilmədi. İran uduzduqca radikallaşan, radikallaşdıqca uduzan bir döngəyə girib. ABŞ proksi qüvvələrini vurduqca İranda təhlükəsizlik boşluqları yaranacaq. Bu boşluqları da zamanla terror təşkilatları və lokal qruplaşmalar doldurmağa başlayacaq”.

Güçlüər ABŞ-nin İranla bağlı başqa bir planına da diqqət çəkib:

“ABŞ İranı işğal etmək istəmir, məqsədi onu dörd yerə bölməkdir, söhbət konfederativ dörd parçadan gedir. Ayrılan hər bir parça öz daxili və xarici siyasətində sərbəst, üst hakimiyyət sadəcə formal olur. Belə bir İranın idarə edilməsi daha asandır, nəinki bütöv ölkənin.

İran Hindistan və İraqda PKK üzərindən ABŞ-yə yaxınlaşmağa başlayıb. Buna görə də İran İordaniyadakı hücumla bağlı “mən etməmişəm” deyir, sözü başqa yerə çəkir. Sən etmisənsə, çıx de ki, mən etmişəm.

Qəzzadakı savaşa baxın, “Hizbullah” toqquşma başlayandan tribunadan bəyanatlar verir, heç vaxt HƏMAS-ı dəstəkləmək üçün meydana girmədi. Yəni ABŞ ilə İranın molla rejimi arasında danışılmış bir qarşıdurmanın getdiyini görürük. Bu, İranın daha da zəifləməsi, güc itirməsi və daha müdafiəsiz bir duruma gəlməsi prosesini tətikləyir”.

ABŞ Hərbi Hava Qüvvələri bundan əvvəl İranın Suriya və İraqdakı ordusu və onun proksi qüvvələrinin mövqelərinə zərbələr endirib.