“Hücum edənlər yalan məlumat əsasında Azərbaycan və Türkiyə münasibətlərinə xələl gətirməyə çalışır”- Millət vəkilibackend

“Hücum edənlər yalan məlumat əsasında Azərbaycan və Türkiyə münasibətlərinə xələl gətirməyə çalışır”- Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan İsraillə hər zaman dostluq münasibətlərində olub. Hər iki ölkənin iqtisadi münasibətləri də yüksək səviyyədə inkişaf edir. Lakin Azərbaycanın İsraillə yüksək səviyyəli münasibətləri olsa da, birbaşa neft ticarəti yoxdur. Çünki neft istehsalçısı olan bütün şirkətlər mallarını treyderlərə satırlar. Treyderlərin isə sonrakı mərhələdə nefti kimə satdığına şirkətlər nəzarət edib, müdaxilə edə bilməz”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, ötən gün bir qrup fələstin tərəfdarı SOCAR-ın İstanbuldakı ofisinin qarşısında aksiya keçirməsi özü bir mənalı qarşılanmamalıdır:

“Çünki bu təxribatçı aksiyanın təşkilatçıları Azərbaycanı İsrailin əsas neft təchizatçılarından biri kimi təqdim etməklə SOCAR-ın timsalında bütövlükdə Azərbaycanı Türkiyə ictimaiyyətinin nüfuzdan salıb ləkələməyi hədəfləyib.
Türkiyə mətbuatında da binaya hücum edənlərin əsl hədəfi qeyd edilir və bildirilir ki, hücum edənlər yalan məlumat əsasında Azərbaycan və Türkiyə münasibətlərinə xələl gətirməyə çalışır.

Maraqlı məqam isə aksiyada iştirak edənlərin bir çoxunun Suriya və İraqda Türkiyəyə qarşı döyüşən terrorçu qruplaşmaların fəaliyyətini dəstəkləməsi olub. Elə bu fakt kifayət edir ki, bu təxribatda əsl məqsədin Qəzza olmadığı açıq-aydın ortaya qoysun. Aksiyada bir xarici qüvvələrin əli var desəm yanılmaram. Azərbaycanla münasibətlərə zərər vurmağa görə Türkiyə cəmiyyəti üçün həssas olan Qəzza alət olaraq istifadə edilir”.

//Gülnarə Abasova, Editor.az