Hücum əməliyyatı genişlənir: Ehtiyat silah anbarlarının qapıları açıldıbackend

Hücum əməliyyatı genişlənir: Ehtiyat silah anbarlarının qapıları açıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Voronej vilayətində 17 tankı və 60 BMP-1-ni anbardan çıxarıb.

Editor.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, rus ordusu Ukraynanın şərq bölgəsində hücum əməliyyatları davam etdirir.

Açıqlamada bildirilib ki, Rusiya Ukraynada döyüşən silahlı qüvvələrinin bölmələrində xeyli sayda texnika itkisinin yerinin doldurulması üçün tədbirlər görür. Mövcud məlumata görə, Voronej vilayətinin Boquçar şəhərində 17 və 60 BMP-1 anbardan çıxarılıb. Həmin texnikalar Rusiya qoşunlarının nəzarətində olan Ukrayna ərazilərinə göndərilib.

Baş Qərargahdan bildirilib ki, rus qüvvələri Slobojanski istiqamətində Xarkov və yaxınlıqdakı yaşayış məntəqələrini atəşə tutmağa davam edir. Eyni zamanda, İzyum istiqamətində Ukrayna qoşunlarının bölmələrini aktiv atəşə tutulub.