Hücuma hazırlaşırıq – Ukraynalı generaldan Belarusa xəbərdarlıqbackend

Hücuma hazırlaşırıq – Ukraynalı generaldan Belarusa xəbərdarlıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ukrayna ordusunun Birləşmiş Qüvvələrinin komandanı, general-leytenant Sergey Naev Kiyevin hücuma hazırlaşdığını bildirib.
General hücumla bağlı vaxt açıqlamayıb. O, bunun sirr olduğunu bildirib.
“Hücuma hazırlaşmaöa gəlincə, biz bunun üçün müvafiq qüvvələri hazırlayırıq. Hücumun nə vaxt baş tutacağı sirrdir”, – deyə general “Ukrinform” agentliyinə müsahibəsində deyib.
Naev Belarusla sərhəddəki vəziyyəti də şərh edib. O qeyd edib ki, İttifaq dövlətinin ordusunun sayı artarsa, Ukrayna Silahlı Qüvvələrinin komandanlığı da analoji addım atacaq.
“Bu güzgü effekti ilə baş verəcək: onlar təhlükənin səviyyəsini artırırlar – biz isə buna cavabımızın səviyyəsini artırırıq”, – ukraynalı general deyib.
  Bakupost