Ukrayna müdafiə qüvvələri Severodonetsk və Toşkivkada Rusiya qoşunlarının hücumunun qarşısını uğurla alıblar.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Rus qoşunlarının sözügedən istiqamətlərdə Ukrayna ordusunun mövqelərinə hücum etdiyi bildirilib. Amma hücum uğursuzluqla nəticələnib.
Ruslar Severodonetskdə minaatan, artilleriya və çoxsaylı reaktiv yaylım atəşi sistemlərindən Ukraynanın mövqelərini atəşə tutub. Eyni zamanda, rus ordusunun təyyarələri Belaya Qora yaxınlığına zərbə endiriblər.
Teleqraf.com

