Hulusi Akar: “Başda Azərbaycan olmaqla dost və qardaşlarımızın yanında olmağa davam edəcəyik”backend

Hulusi Akar: “Başda Azərbaycan olmaqla dost və qardaşlarımızın yanında olmağa davam edəcəyik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Biz təkcə terrorla mübarizədə deyil, eyni zamanda başda Azərbaycan olmaqla, Liviya, Somali, Qətər, Kosovo və Bosniyadakı dost və qardaşlarımızın haqq işində dost və qardaşlarımızın yanında olmağa davam edirik və davam edəcəyik”.

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

“Mehmetçik 24 iyul 2015-ci il tarixindən bu günə kimi 37 min 732 terrorçunu zərərsizləşdirib. Zərərsizləşdirməyə də davam edir. Mehmetçik təkcə terrorla mübarizə deyil, bütün dənizlərimizdə, səmamızda, ölkəmizi, millətimizi qorumaq üçün gözünü qırpmadan “ölsəm şəhidlik, qalsam da qazi olmaq anlayışı ilə” mübarizəsini davam etdirir.

Hər birinizin bildiyi kimi, dünyada bəzi problemlər mövcuddur. Təhlükəsizlik problemləri var, bir sıra hadisələr baş verir. Türkiyə Cümhuriyyəti Prezidentimizin (Rəcəb Tayyib Ərdoğanın – red) rəhbərliyi ilə iqtisadi, hərbi və təhlükəsizlik sahələrində beynəlxalq münasibətlərin subyektinə çevrilib. Türkiyə olmadan bölgəmizdə heç bir problemi həll etmək mümkün deyil. Ona görə də Türkiyə əvvəlkindən daha güclü və böyük olmalıdır. Güclü Türkiyə, böyük bir Türkiyə üçün. Bunun üçün hamımız daha çox çalışmalıyıq”, – nazir vurğulayıb.

“Hazırda mehmetçik böyük müvəffəqiyyətlə terrorçuların bütün yuvalarını, sığınacaqlarını, daldalanacaqlarını dağıdıb və dağıtmaqda da davam edir. Terrorçular eyni yerdə 2 gecə yata bilmirlər. İnşallah bu mübarizənin sonunda ölkəmizi, millətimizi 40 ildir millətimizin başına gələn bu bəladan xilas edəcəyik. Buna heç kimin şübhəsi olmasın.

İraqın şimalındakı terror düşərgələri, Suriyanın şimalındakı terror dəhlizi dağıdılıb. Terrorla mübarizədə qətiyyətli və qərarlıyıq, – Hulusi Akar əlavə edib.