Hulusi Akar: Müharibə 2023-cü ildə də davam edəcəkbackend

Hulusi Akar: Müharibə 2023-cü ildə də davam edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada müharibə 2023-cü ildə də davam edəcək və asanlıqla bitməyəcək. Editor.az xəbər verir ki, bu fikirləri Ankarada keçirdiyi mətbuat konfransında Türkiyənin müdafiə naziri Hulusi Akar deyib.

Akar Rusiyanın Ukraynaya qarşı müharibəsinin gələcəyi ilə bağlı bunları deyib: “Bu müharibə asanlıqla bitməyəcək. ABŞ və Avropanın dəstəyi davam edir. Hazırlıqlar, planlar və büdcədən ayrılan pullar var.

Digər tərəfdən Rusiya Federasiyasının açıqlamaları var. Bütün bunları təhlil etsək, bütün xoş niyyətlərə, atəşkəs və sülh arzularına baxmayaraq, bu müharibənin 2023-cü ildə davam edəcəyini söyləmək yanlış olmaz”. Akar həmçinin bildirib ki, Türkiyə ən azı humanitar məqsədlər üçün atəşkəsdə israrlıdır. Məhz bundan sonra daimi atəşkəsdən və sülh danışıqlarından danışmaq olar: “Türkiyə bu istiqamətdə fəaliyyətini israrla davam etdirir ki, müharibədən və danışıqlardan sonra sülh olsun, – Akar bildirib.

Daha sonra o, əlavə edib ki, Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və prezident Rəcəb Tayyib Ərdoğanın Krımın ilhaqının tanınmaması ilə bağlı bəyanatlarını xatırladıb.

  //Samir Qurbanov, Editor.az