Hulusi Akar: “Taxıl müqaviləsi”nin iki ay deyil, 120 gün uzadılmasına çalışırıqbackend

Hulusi Akar: “Taxıl müqaviləsi”nin iki ay deyil, 120 gün uzadılmasına çalışırıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə çalışır ki, “taxıl müqaviləsi” Rusiyanın dediyi kimi iki ay deyil, 120 gün uzadılsın.

Editor.az “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, dünyanın ərzaq təhlükəsizliyi üçün vacib olan “taxıl dəhlizi” ilə artıq 24 milyon tondan çox Ukrayna ərzaq məhsulları daşınıb: “Möhlətin uzadılması həqiqətən vacibdir.

Danışıqlarımızı iki ay deyil, 120 gün üzərində davam etdirəcəyik. Tərəflər vəziyyəti dəyərləndirəcək. Rusiya və Ukrayna birlikdə qərar verəcək. Birləşmiş Millətlər Təşkilatı (BMT) də bizim kimi düşünür. İnşallah, önümüzdəki günlərdə məsələni həll etməyə çalışacağıq”, – deyə Akar qeyd deyib.

  //Samir Qurbanov,Editor.az