Hulusi Akar Türkiyə ordusunun zərərsizləşdirdiyi terrorçuların sayını açıqladıbackend

Hulusi Akar Türkiyə ordusunun zərərsizləşdirdiyi terrorçuların sayını açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında həyata keçirdiyi “Pəncə Kilid” antiterror əməliyyatı çərçivəsində bu günədək 73 terrorçu zərərsizləşdirib.

Editor.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Aralıq dənizi bölgə komandanlığına ziyarəti zamanı jurnalistlərə açıqlamasında deyib.

O, əlavə edib ki, bu müddət ərzində 102 sığınacaq və 500-dən çox partlayıcı maddə məhv edilib.

Eyni zamanda, 10 türk hərbçi həlak olub. Bölgədə antiterror əməliyyatı davam etdirilir.

Qeyd edək ki, “Pəncə Kilid” əməliyyat aprelin 18-də başlayıb.