Hulusi Akar Ukrayna müdafiə naziri ilə telefonla danışdıbackend

Hulusi Akar Ukrayna müdafiə naziri ilə telefonla danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə və Ukrayna müdafiə nazirləri arasında telefon danışığı olub.

Milli.Az xəbər verir ki, nazirlər Hulusi Akarla Aleksey Reznikov Ukraynada mövcud vəziyyəti müzakirə ediblər.

Akar Türkiyənin Ukraynaya humanitar yardımlarını davam etdirəcəyini, bölgədə sülhün bərqərar olması üçün çalışmalarını davam etdirəcəyini bildirib.

Reznikov isə Türkiyənin humanitar yardımları və sülh səylərinə görə Akara təşəkkür edib.