Hulusi Akardan kritik “S-400” mesajı – “Danışıqlar aparırıq…”backend

Hulusi Akardan kritik “S-400” mesajı – “Danışıqlar aparırıq…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ankara Rusiyanın “S-400” zenit-raket komplekslərinə alternativ olan müdafiə sistemlərini digər ölkələrdən almağa açıqdır.

Bunu Türkiyə Müdafiə naziri Hulusi Akar açıqlayıb.

“S-400”lərin alınması zərurət idi. İndi biz Fransa və İtaliya ilə digər müdafiə sistemlərinin alınması üçün danışıqlar aparırıq”, – nazir bildirib.

O, Türkiyənin həll yolunu tapacağını və bu silahları ala biləcəyini vurğulayıb.

Bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya S-400 hava hücumundan müdafiə sistemlərinin tədarükü məsələsinin Türkiyə üçün bağlı olduğunu bildirib. Dövlət başçısının sözlərinə görə, əvvəllər Rusiyadan alınan bu silahlar indi Ankaraya məxsusdur və başqa dövlətə verilə bilməz.

Teleqraf.com