“Humanitar atəşkəs yenidən gündəmə gələ bilər”-ŞƏRHbackend

“Humanitar atəşkəs yenidən gündəmə gələ bilər”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İsrail-Fələstin münaqişəsi dünya nizamının yenidən tənzimlənməsinə təkan verəcək növbəti proses oldu”.

Bu sözləri Editor.az-a İsrail-Fələstin müharibəsi ilə bağlı şərh verərkən, politoloq Züriyə Qarayeva deyib.

Politoloq bildirib ki, artıq biri-birinə ziddiyyətli olan qütblər bir daha burada öz mövqelərini və hansı yöndə ittifaqlaşma prosesinin mövcud ola biləcəyini bu münaqişə çərçivəsində də göstərmiş oldular:

“İsrailin arxasında dayanan, onu dəstəkləyən Qərb və qarşı Şərq cəbhəsi hazırda qarşı-qarşıyadır. Bəzi qüvvələr var ki, müharibənin səngiməsindən narahatdırlar və buna görə də münaqişəni qızışdıracaq işlər görürlər. Bu ölkələrin başında Fransa gəlir. İsrailin əsas dəstəkçisi Amerikadır. Hazırki münaqişədə İsrailin hədəflərinə doğru ciddi irəliləyə bilməməsi dolayı yolla, həm də Amerikanın məğlubiyyəti anlamına gəlir. Bayden administrasiyasına yönəlik qınamaların da sayı artmaqdadır.

Qəzza zolağında İsrail üçün hər hansı ciddi irəliləyiş müşahidə etmirik. Bunlar isə müharibə aparılmasının İsrailin gücü daxilində olmadığını göstərir. İsrailin hərbi ehtiyyatları tükənməkdədir və bu yenə də Amerikada da hərbi ehtiyatların tükənməsi deməkdir. Bütün bunlar nəzərə alınarsa, humanitar atəşkəs yenidən gündəmə gələ bilər”.

//Səbinə Hüseynli, Editor.az