Humanitar yardım alarkən yaşanan izdihamda 100-dən artıq fələstinli öldü: 800-ə yaxın yaralı varbackend

Humanitar yardım alarkən yaşanan izdihamda 100-dən artıq fələstinli öldü: 800-ə yaxın yaralı var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Müdafiə Qüvvələrinin (SAXAL) verdiyi məlumata görə, Qəzza zolağına humanitar yardımla gələn yük maşınlarının yaxınlığında yaranan izdiham nəticəsində onlarla sakin həlak olub.

Hərbçilərin məlumatına görə, bəzi fələstinlilər yük maşınlarının altında qalıb. Fələstin Səhiyyə Nazirliyi hadisə zamanı 104 nəfərin öldüyünü, 760 nəfərin yaralandığını bildirib.

İsrail ordusunun sözçüsü “i24news”a bildirib ki, izdiham yük maşınlarına gəldikdən sonra bəzi fələstinlilər “İsrail əsgərlərinə doğru hərəkət edərək” təhdid yaradıblar.

Onlar da atəş açaraq cavab veriblər. “The Times of Israel” İsrail ordusuna istinadən yazır ki, İsrail hərbçilərinin hərəkətləri nəticəsində 10-dan çox insan xəsarət almayıb.

CNN-in qeyd etdiyi kimi, insident Qəzza şəhərinin qərb hissəsində, Şeyx Ajlin ərazisində baş verib. Yük maşını sürücüləri ərazini tərk etməyə çalışsalar da, daha bir neçə nəfər həlak olub. Telekanalın məlumatına görə, ölənlər arasında üç uşaq da var.

Həkimlər bütün cəsədləri götürmədiyi üçün ölənlərin dəqiq sayı hələ də müəyyənləşdirilir. SAXAL humanitar yardım daşıyan yük maşınlarının ətrafına toplaşan yüzlərlə insanın dron görüntülərini yayıb. Hərbçilərin sözlərinə görə, sakinlər çatdırılan yardımı “talamağa” cəhd ediblər. Ağ Ev “ciddi insident”in nəticələrini izlədiyini bildirib.

HƏMAS sözçüsü bildirib ki, insident İsraillə girovların azad edilməsinə dair razılaşma və müvəqqəti atəşkəslə bağlı danışıqların uğursuzluğuna səbəb ola bilər.

//Samir Qurbanov, Editor.az