Hündürlükdən suya tullanma üzrə Rusiya çempionu Leyla Salyamova qəzada öldübackend

Hündürlükdən suya tullanma üzrə Rusiya çempionu Leyla Salyamova qəzada öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hündürlükdən suya tullanma (“high diving”) üzrə Rusiya çempionu Leyla Salyamova avtomobil qəzasında dünyasını dəyişib.

Bu barədə RF Dalğıc Federasiyasının Prezidenti Stanislav Drujinin məlumat verib.

“İdmançımız Leyla Salyamova avtomobil qəzasında dünyasını dəyişib. Bu, bizim üçün şokedici xəbərdir. Onun 23 yaşı var idi, buna görə valideynlərinin, qohumlarının indi yaşadıqları dəhşəti təsəvvür edə bilmirəm”, – deyə o bildirib.

Lalə Ruslan qızı Salyamova 2021-ci ildə hündürlükdən suya tullanma üzrə Rusiya çempionu olub. O, həmçinin qüllədən sinxron suya tullanma üzrə ölkə çempionatının gümüş mükafatçısı (2015) idi.