Hüseyn Əmir Abdullahian: İran Ukrayna torpaqlarının ilhaqını tanımırbackend

Hüseyn Əmir Abdullahian: İran Ukrayna torpaqlarının ilhaqını tanımır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran Xarici İşlər Nazirliyi Rusiyanın Ukraynanın işğal olunmuş ərazilərini, o cümlədən, Krım, Donetsk və Luqansk vilayətlərini ilhaq etmək cəhdini tanımadıqlarını deyib.

Editor.az bildirir ki, bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian “TRT World” telekanalına müsahibəsində danışıb. Onun sözlərinə görə, Moskva ilə Tehran arasında yaxşı münasibətlərə baxmayaraq, İran Ukrayna ərazilərinin ilhaqını tanımır: “Biz beynəlxalq qanunlar çərçivəsində ölkələrin suverenliyini və ərazi bütövlüyünü tanıyırıq.

Buna görə də Tehran və Moskva arasında əla münasibətlərə baxmayaraq, biz Krımın, Luqansk və Donetsk vilayətlərinin Ukraynadan ayrılmasını tanımırıq”, – nazir vurğulayıb.

Xarici işlər naziri həmçinin iddia edir ki, guya İran müharibəni dəstəkləmir və Ukraynada sülhə ümid edir: “Biz xarici siyasətdə ardıcıl prinsipimizdə israr edirik: Ukraynadakı münaqişənin həll yolu olmadığını deyəndə, arxalandığımız əsas siyasi prinsip kimi mövqeyimizə inanırıq”, – Abdullahian yekunlaşdırıb.

//Samir Qurbanov, Editor.az