Hüseyn Əmir Abdullahiyandan Amerikaya tövsiyyə: təhdid dilindən əl çəkin!backend

Hüseyn Əmir Abdullahiyandan Amerikaya tövsiyyə: təhdid dilindən əl çəkin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran diplomatiyasının rəhbəri Hüseyn Əmir Abdullahiyan Amerika tərəfini təhdid dilindən əl çəkməyə çağırıb. O, həmçinin Vaşinqtona diqqətini Yaxın Şərqdəki münaqişənin siyasi həllinə yönəltməyi tövsiyə edib.

Nazir vurğulayıb ki, ABŞ-dan hər hansı təhdid olarsa, Tehrandan dərhal və qəti reaksiya veriləcək. Bundan əvvəl ABŞ Silahlı Qüvvələri İordaniyadakı ABŞ bazasına pilotsuz təyyarənin hücumu nəticəsində 3 ABŞ əsgərinin öldüyünü, daha 34 əsgərin yaralandığını açıqlamışdı.

Vaşinqton bazaya hücumun arxasında Tehranın olduğunu iddia edib. Artıq KİV-lər ABŞ hakimiyyətinin İrana qarşı əməliyyat hazırladığını bəyan ediblər.

//Samir Qurbanov, Editor.az