İran prezidenti İbrahim Rəisi yaxın vaxtlarda Pakistana gedəcək.
Editor.az bildirir ki, bu barədə İslam Respublikasının diplomatiya rəhbəri Hüseyn Əmir Abdullahiyan deyib. O qeyd edib ki, dövlət başçısının rəsmi səfəri ilə əlaqədar Tehran İslamabaddan rəsmi dəvət alıb.
Nazir vurğulayıb ki, tərəflər Rəisinin səfər proqramı üzərində işləmək barədə razılığa gəliblər. Xatırladaq ki, hazırda Abdollahian İslamabadda səfərdədir. Bu gün səhər o, pakistanlı həmkarı ilə danışıqlar aparıb. Səfərin məqsədi iki dövlət arasında münasibətlərdə gərginliyi azaltmaqdır.
//Samir Qurbanov, Editor.az

