Dekabrın 27-də İran Xarici İşlər Nazirliyinin rəhbəri Ermənistana işgüzar səfərə gedəcək.
Editor.az bildirir ki, müvafiq məlumatı Ermənistan Xarici İşlər Nazirliyi də təsdiqləyib.
Departamentdən bildirilib ki, səfər zamanı Hüseyn Əmir Abdullahyan erməni həmkarı Ararat Mirzoyan ilə danışıqlar aparacaq. Hazırda xarici siyasət idarələrinin rəhbərlərinin görüşündə konkret hansı məsələlərin müzakirə olunacağı məlum deyil. Danışıqlardan sonra nazirlər birgə mətbuat konfransı keçirəcəklər.
//Samir Qurbanov, Editor.az

