Hüseyn Həsənov bütün ƏMLAKINI İTİRİBbackend

Hüseyn Həsənov bütün ƏMLAKINI İTİRİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı bloger və iş adamı Hüseyn Həsənov bahalı və lüks həyatını itirməkdədir.

Editor.az  bizim media-ya istinadla xəbər verir ki, Hüseyn demək olar ki, bütün gəlir mənbələrini və əmlakını itirə bilər.

Hər şey may ayında, vergi orqanları onun 40 faiz paya sahib olduğu “Banda Foods” şirkətinin hesablarını blokladıqdan sonra başlayıb. Buna səbəb 153 milyon rubl borc olub. Lakin Həsənov sosial şəbəkələrdə borcunu ödədiyini deyib.

Bununla belə, “Komsomolskaya pravda” nəşrinin məlumatına görə, şirkətin hesabları hələ də bloklanıb.

Üstəlik, vergi orqanları “Banda Foods” şirkətini ləğv edir. Hüseynin konsaltinq və informasiya xidmətləri göstərən “Banda” şirkətinin təsisçilərindən ayrıldığı da məlum olub. Vergi orqanları Həsənovdan əmlakı, yəni ilkin dəyəri 7 000 000 rubl olan “Chevrolet Tahoe” avtomobili, ilkin dəyəri 35 000 000 rubl olan “Rolls-Royce” avtomobili və Moskva şəhərində 123,8 kv.m sahəsi olan binalarını geri almaq istəyirlər. Evlərin ilkin dəyəri 70 000 000 rubldur.