Hüseynbala Mirələmov YAP-dan QOVULDUbackend

Hüseynbala Mirələmov YAP-dan QOVULDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin sabiq deputatı, Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov YAP sıralarından xaric edilib.

Editor.az-ın məlumatına görə, bu barədə qərar YAP İdarə Heyətinin bu gün keçirilən iclasında qəbul edilib.

Qeyd edək ki, aprelin 21-də sabiq deputat H.Mirələmovun sosial şəbəkələrdə qeyri-etik hərəkətlərinin olduğu videosu yayılıb. Həmin görüntülərin ADNSU-nun Elmi Şurasının onlayn iclası zamanı çəkildiyi bildirilir. Görüntülər yayıldıqdan sonra H.Mirələmov ADNSU-da kafedra müdiri vəzifəsindən azad edilib.