Husiər Amerikanın MQ-9 kəşfiyyat və hücum pilotsuz təyyarəsini vurubbackend

Husiər Amerikanın MQ-9 kəşfiyyat və hücum pilotsuz təyyarəsini vurub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yəmənin “Ənsar Allah” hərəkatı Amerikanın MQ-9 kəşfiyyat və hücum pilotsuz təyyarəsini vurub.

Husilər iddia edir ki, onların hava hücumundan müdafiə qüvvələri Hudeydada bir İHA-nı raketlə vurub. Yəmən hərəkatının məlumatına görə, pilotsuz təyyarə İsrail adından “düşmən missiyası həyata keçirib”.

Editor.az bu barədə “Ansar Allah”ın nümayəndəsi Yəhya Səriyaya istinadən xəbər verir. Qeyd edək ki, husilər 2023-cü ilin oktyabrından İsrailə qarşı mübarizə aparan Fələstin HƏMAS hərəkatını dəstəkləyir. Dekabr ayında onlar Qırmızı dənizdə müxtəlif ölkələrin gəmilərinə hücum etməyə başlayıblar. Buna cavab olaraq, ABŞ və müttəfiqləri yanvarın ortalarından bəri Yəməndəki husilərin mövqelərinə bir neçə dəfə hücumlar həyata keçirib. Xüsusilə, fevral ayında ABŞ hərbçiləri Yəməndə iki pilotsuz gəmiyə və beş raketə hücum edib.

//Samir Qurbanov, Editor.az