ABŞ prezidenti Donald Tramp bildirib ki, husilərin Yəməndə hər hansı növbəti hücumu ABŞ qüvvələrinin sərt cavabı ilə nəticələnəcək.
Bu barədə ABŞ prezidenti Donald Tramp Truth sosial şəbəkəsində yazıb. Amerika prezidenti bəyan edib ki, İran onların (husilərin) hər addımını diktə edir, onları silah, maliyyə, yüksək texnologiyalı hərbi texnika və hətta sözdə kəşfiyyatla təmin edir.
Xatırladaq ki martın 15-də Donald Tramp Yəməndəki husilərə qarşı “qətiyyətli və güclü hərbi əməliyyat” əmrini verib. Onun sözlərinə görə, hava hücumlarının məqsədi 2023-cü ilin payızından husilərin HƏMAS-a dəstək məqsədilə gəmilərə hücum etdiyi Qırmızı dəniz və Ədən körfəzində təhlükəsiz naviqasiyanı bərpa etməkdir. ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mike Walz Pentaqonun husilərə kömək edən İran gəmilərinə və İran hərbi təlimatçılarına da zərbələr endirə biləcəyini qeyd edib.
Samir Qurbanov, Editor.az