Husilər ABŞ-a xəbərdarlıq etdibackend

Husilər ABŞ-a xəbərdarlıq etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yəmənin şimalına nəzarət edən Husi milislərinin lideri Əbdül Malik əl-Husi ABŞ-a Qırmızı dənizi yeni döyüş meydanına çevirməmək barədə xəbərdarlıq edib.

Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, İranın dəstəklədiyi silahlı birləşmələrin lideri ABŞ-ın Qırmızı dənizdə beynəlxalq missiya yaradıldığını elan etdikdən sonra deyib: “Əgər amerikalılar gərginliyi daha da artırmaq, işə qarışmaq və axmaqlıqla ölkəmizi hədəfə almaq niyyətində olsalar, biz də onları hədəfə alacağıq”.

Husilərin Əl Masira televiziyasına danışan əl-Husi Amerika döyüş gəmilərinin, Amerika maraqlarını və Amerika dənizinin raketlərimizin və insansız hava vasitələrinin hədəfinə çevirəcəyini deyib.

Əl-Husi ABŞ-ın yaratdığı beynəlxalq dəniz qüvvələrinə qoşulan digər ölkələrə də xəbərdarlıq edib və ABŞ-ın atdığı addımı böyük təhlükə kimi qiymətləndirib. Əl Husi iddia edib ki, ABŞ Yəmənə qoşun göndərsə, Əfqanıstan və Vyetnamın ən pis vəziyyəti ilə üzləşəcək.

ABŞ Müdafiə Nazirliyi bu həftənin əvvəlində Husilərin Qırmızı dənizdə ticarət gəmilərinə hücumlarına qarşı Prosperity Guardian əməliyyatının qurulduğunu açıqlayıb.

Birinci mərhələdə Birləşmiş Hərbi Dəniz Qüvvələri və 153-cü Əməliyyat Qrupunun çətiri altında yaradılan yeni beynəlxalq missiyada 10 ölkə iştirak edir. Bu ölkələr ABŞ, Fransa, Böyük Britaniya, Bəhreyn, Kanada, İtaliya, Hollandiya, Norveç, İspaniya və Seyşel adalarıdır. Birləşmiş Dəniz Qüvvələrinin tərkibində Türkiyə də daxil olmaqla 39 ölkə var.

İsrail və HƏMAS arasında oktyabrın 7-də başlayan müharibədə Qəzza zolağında fələstinlilərə dəstək verməyi hədəflədiklərini bildirən Husi milisləri həftələrdir Qırmızı dənizdə İsrailə gedən ticarət gəmilərinə hücum edir.

ABŞ Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Husi milisləri 10 ticarət gəmisini hədəf alan pilotsuz uçuş aparatları və raketlərlə 100-dən çox hücum həyata keçirib.

Husi milisləri hücumları davam etdirəcəklərini bildirir. Milislərin yüksək rütbəli lideri bu həftə deyib ki, onlar İsrail cinayət törətməyi dayandırdıqca və işğal olunmuş Qəzza zolağındakı insanlara qida, dərman və yanacaq çatana qədər hücumlara son verəcəklər.

Gəmilərin marşrutunda Qırmızı dəniz və Süveyş kanalı mühüm rol oynayır. Qeyd edək ki, dünya ticarətinin 12 faizi Qırmızı dənizdən keçir.

//Səbinə Hüseynli, Editor.az