Husilər ABŞ Hərbi Dəniz Qüvvələrinin iki esminesinə və bir yük gəmisinə hücum edibbackend

Husilər ABŞ Hərbi Dəniz Qüvvələrinin iki esminesinə və bir yük gəmisinə hücum edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yəmənin şimalında hakim olan “Ənsar Allah” (Husi) hərəkatı Qırmızı dənizdə ABŞ Hərbi Dəniz Qüvvələrinin iki esminesinə və bir yük gəmisinə hücum edib.

Bu barədə Yəmən hərəkatının hərbi nümayəndəsi Yəhya Sariya “Al Masirah” telekanalında danışıb: “Hava qüvvələrimiz Qırmızı dənizdə iki Amerika esminesinə qarşı dağıdıcı əməliyyatlar həyata keçirib.

Hər iki əməliyyat öz məqsədlərinə uğurla çatdı”, – Husi sözçüsü bildirib. Bundan əvvəl “Ənsar Allah” hərəkatı iki Amerika esminesinə də analoji pilotsuz təyyarə ilə zərbələr endirib. Hücuma Qırmızı dənizdəki Fələstin limanlarına keçidi qadağan edən qərarı pozan “Cyclades” gəmisi, həmçinin Hind okeanında İsrailin MSC Orion konteyner gəmisi də məruz qalıb.

//Samir Qurbanov, Editor.az