Husilər daha bir ABŞ tankerinə hücum etdilərbackend

Husilər daha bir ABŞ tankerinə hücum etdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Husilər Ərəbistan dənizinin Ədən körfəzində Amerikanın “Chem Ranger” tankerinə hücum ediblər.

Editor.az xəbər verir ki, bu barədə yerli “Al Masirah” telekanalı Yəmən hərbçilərinə istinadən məlumat yayıb. Onlar “birbaşa vuruş” qeyd etdiklərini iddia edirlər.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) hücumu təsdiqləyib və heç kim xəsarət almadığını deyib. Britaniyanın dəniz təhlükəsizliyi şirkəti Ambrey bildirib ki, dörd pilotsuz uçan aparat Marşal adaları bayrağı altında üzən ABŞ tankerinə yaxınlaşıb. Hadisə Yəmənin Əl-Mukalla limanından 87 mil (140 km) cənub-şərqdə baş verib.

“Reuters” xəbər verir ki, bir pilotsuz təyyarə suya düşüb. X hesabında CENTCOM-un press-relizində bildirilir ki, tanker dünən, yanvarın 18-də yerli vaxtla təxminən 21:00-da vurulub. Husilər iki gəmi əleyhinə ballistik raket atıblar və hər ikisi suya düşüb. Gəminin zədələnməsi barədə məlumat verilməyib, o, səyahətinə davam edib.

//Samir Qurbanov, Editor.az