Husilər daha bir neft tankerinə hücum etdilərbackend

Husilər daha bir neft tankerinə hücum etdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yəmənin “Ənsar Allah” (husilər) hərəkatı Qırmızı dənizdəki “Blue Lagoon I” tankerinə gəmi əleyhinə raketlər və pilotsuz təyyarələrlə hücum edib.

O, Panama bayrağı altında xam neft daşıyırmış. KİV-in məlumatına görə, gəmidə ciddi dağıntı aşkar edilməyib, tələfat olmayıb.

“Ənsar Allah”ın hərbi sözçüsü Yəhya Saria, “Blue Lagoon I”-un sahibinin “işğal olunmuş Fələstinin limanlarına” keçid qadağasını pozduğunu söyləyib. Onun sözlərinə görə, mərmilər gəmiyə ziyan vurub.

Samir Qurbanov, Editor.az