Husilər Qırmızı dənizdə ABŞ hərbi gəmisinə hücum etdilərbackend

Husilər Qırmızı dənizdə ABŞ hərbi gəmisinə hücum etdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qırmızı dənizdə Husilərə məxsus döyüş gəmiləri ilə ABŞ hərbi gəmisi arasında şiddətli toqquşmalar baş verib”

Editor.az xəbər verir ki, bu barədə “Sky News Arabia” kanalı məlumat yayıb.

Xatırladaq ki, 2023-cü ilin dekabr ayının sonunda Hindistan və Norveçdən gələn neft tankerləri Husilərin PUA-ları tərəfindən atəşə tutulub.

Onlar İsraillə əlaqəsi olan ölkələrin bütün gəmilərinə hücum edəcəklərini vəd ediblər və oktyabr ayından başlayaraq təxminən 15 gəmi hücuma məruz qaıb.

Qurbanlar arasında Norveç və Hindistan bayraqları ilə üzən ticarət gəmiləri də var. Buna cavab olaraq Amerika tərəfi bu bölgədə gəmiləri qorumaq üçün hərbi əməliyyatlar keçirəcəyini açıqlayıb. Husilər isə cavab verdilər ki, həm ABŞ gəmilərinə, həm də amerikalıların bu qərarını dəstəkləyən ölkələrin gəmilərinə hücum edəcəklər.

//Samir Qurbanov, Editor.az